Valideynlərə ÇAĞIRIŞ: Uşaqları telefonlardan uzaq saxlayın – təhlükə artır!

Valideynlərə ÇAĞIRIŞ: Uşaqları telefonlardan uzaq saxlayın – təhlükə artır!
10:54

Həkim Dr. Sadiq Bəbirov son dövrlərdə gənclər arasında qalxanabənzər vəz xəstəliklərinin artması ilə bağlı narahatlığını ifadə edib.

Onun sözlərinə görə, bu sahədə çalışan bir mütəxəssis kimi hər həftə ən azı 2-3 gənc pasiyenti əməliyyat edir: “Söhbət əsasən 20 yaşa qədər olan şəxslərdən gedir. Diqqət çəkən məqam isə odur ki, bu ailələrin əksəriyyətində irsi olaraq belə xəstəliklər müşahidə olunmur.”

Həkim bildirib ki, aparılan müşahidələr və sorğular nəticəsində bu halların artmasında mobil telefonlardan həddindən artıq istifadə mühüm rol oynaya bilər: “Uşaqlar, istər qız, istər oğlan olsun, uzun müddət telefonla təmasda olurlar. Bu da müəyyən risklər yaradır.”

Dr. Bəbirov valideynlərə müraciət edərək övladların telefon istifadəsinə nəzarət etməyi tövsiyə edib: “Başa düşürəm ki, mobil telefonlar artıq həyatımızın ayrılmaz hissəsidir. Lakin valideynlər mümkün qədər uşaqları bu cihazlardan uzaq tutmalı, istifadəyə məhdudiyyət qoymalıdır.”

O, həmçinin qeyd edib ki, qalxanabənzər vəz şüalanmaya qarşı həssas orqanlardan biridir: “Bu səbəbdən də şüalanmanın təsiri ilə bağlı risklər daha yüksək olur. Valideynlər sosial və qoruyucu tədbirlərə diqqət yetirməli, övladlarını mümkün qədər bu təsirlərdən qorumalıdırlar.”


News365.az


Sizin reklam burada
Sizin reklam burada