Tanınmış jurnalist Azər Rəşidoğlu şəxsi “Facebook” hesabında səhhət problemi yaşayan insanlara münasibət barədə paylaşım edib.
News365.az xəbər verir ki, O, “acımaq” və “yazığı gəlmək” hisslərini neqativ enerji adlandıraraq, bu cür yanaşmaların insanı daha da çökdürə biləcəyini vurğulayıb.
“Bir insanın səhhətində problem varsa, ona ‘möhkəm ol’, ‘güclü ol’, ‘sən bacararsan’ deməklə bəzən onu daha da ağır hala salırsınız. Dua etmək isə kifayətdir. İnanın, dua havada qalmır,” – deyə Rəşidoğlu qeyd edib.
Jurnalist paylaşımında dua mövzusuna xüsusi yer ayıraraq, gələcəkdə bu barədə kitab yazacağını da bildirib: “Ömür vəfa etsə, yazacağım kitabda duanın möcüzəsini də göstərəcəm.”
O, həmçinin ölüm qorxusunun insanı tam olaraq sarsıda bilmədiyini bildirib: “Ölüm qorxusu insanı diz çökdürməyə qadir deyil. Yaxşı olacaq!”