Ən çox xarici borcu olan dövlət qurumları

Ən çox xarici borcu olan dövlət qurumları
13:08

Maliyyə Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi,  “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi ən çox xarici borcu olan dövlət qurumlarıdır. 

Bu barədə 2025-ci il üzrə dövlət borcu və dövlət zəmanətli borca dair illik Statistik Bülletenə istinadən xəbər verir. 

2026-cı ilin 01 yanvar tarixinə xarici dövlət borcu portfelinin 42,7 faizi hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 57,3 faizi isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür. 

4 qurmun hər birinin xarici bocu 1 milyard manatdan çoxdur

01 Yanvar 2026-cı il tarixinə olan məlumata görə, Maliyyə Nazirliyinin 3 milyard 494,9 milyon manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 1 milyard 433 milyon manat, “Azərbaycan Dəmir Yolları” QSC-nn 1 milyard 294,6 milyon manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nin 1 milyard 30,7 milyon manat xaici bocu var. 


Sizin reklam burada
Sizin reklam burada