Rövşanədən restoran şoularına SƏRT TƏNQİD

Rövşanədən restoran şoularına SƏRT TƏNQİD
15 Apr 2025 17:54

Aparıcı Rövşanə Ağasəfqızı restoranlarda "nənə" və "baba" obrazlarında şou göstərənləri tənqid edib.

News365.az xəbər verir ki, o bu haqda sosial mediada yazıb.

" Ağbirçək, ağsaqqal dəyəri qoyulub bir kənara, zatən silkələnib. Kimin evində belə nənə varsa, ağıllı adam düşünər ki, başı dedib. Kimlər niyə dəvət edir bu "nənə"ləri? Nə qədər iyrənc görünür. Necə bayağıdır. Restoran sahibinin yerində olsam, belə şounu qapıdan içəriyə buraxmazdım. İnsan pula görə hər yola əl atırsa, deməli, ciddi aşınma var",- deyə Rövşanə Ağasəfqızı  yazıb.


Sizin reklam burada
Sizin reklam burada