Ən çox qəza bu yollarda baş verir

Ən çox qəza bu yollarda baş verir
03 İyn 2025 15:12

Müşahidələr və təhlillər deməyə əsas verir ki, paytaxt yollarında baş verən qəzaların əsas səbəblərindən biri də nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsinin düzgün saxlanılmamasıdır.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən News365.az-a verilən məlumata görə, daha çox Heydər Əliyev, Ziya Bünyadov və Babək prospektlərində, Bakı-Sumqayıt, Aeroport şoselərində, Buzovna-Mərdəkan-Qala və digər yollarda belə hallara tez-tez rast gəlinir.

Xüsusən də nəqliyyat sıxlığının olduğu vaxtlarda, texniki nasaz avtomobilin yolda qaldığı hallarda arxa istiqamətdən gələn bəzi sürücülər ara məsafəsini düzgün seçmədikləri üçün nəqliyyat vasitəsini vaxtında saxlaya bilmirlər və qəza qaçılmaz olur.


Sizin reklam burada
Sizin reklam burada