Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Elşən Nəbiyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
News365 xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökm əsasən, Elşən Nəbiyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 27-də baş verib. Paytaxtın Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Etibar Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1975-ci il təvəllüdlü Elşən Nəbiyevin Nərimanov rayonu Uluqbəy küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı Etibar Əliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.