“Sputnik Azərbaycan” işinə görə cinayət işi başlandı - HƏBS OLUNANLAR VAR

“Sputnik Azərbaycan” işinə görə cinayət işi başlandı - HƏBS OLUNANLAR VAR
14:48

“Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) DİN-in keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 7 nəfər saxlanılıb.
 

Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb


Sizin reklam burada
Sizin reklam burada