Qırğızıstan prezidenti Rusiyaya səfər edəcək

Qırğızıstan prezidenti Rusiyaya səfər edəcək
17:54

Qırğızıstan prezidenti Sadır Japarov iyulun 2-də Rusiyaya işgüzar səfərə gedəcək. 

News365.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısı administrasiyası bəyanat yayıb.

Bəyanata əsasən, Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 2-də Moskvaya işgüzar səfər edəcək. Prezident Sadır Japarovla Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş gözlənilir.

Görüş zamanı iki dövlətin liderləri Qırğızıstan-Rusiya əməkdaşlığının cari məsələlərini, o cümlədən ticarət-iqtisadi, mədəni, humanitar və investisiya sahələrindəni müzakirə edəcəklər. 


Sizin reklam burada
Sizin reklam burada