Əmək yarmarkalarının təşkil olunacağı ərazi və tarixlər AÇIQLANDI

Əmək yarmarkalarının təşkil olunacağı ərazi və tarixlər AÇIQLANDI
13:27

Bu ay əmək yarmarkalarının təşkil olunacağı ərazi və tarixlər açıqlanıb.

News365.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə DOST TV-nin efirində çıxış zamanı məlumat verilib.

O bildirib ki, fevralın 24-ü Bakı və Qazax, fevralın 25-i Tovuz və Şirvan, fevralın 27-si Ağstafada əmək yarmarkaları təşkil olunacaq:

"İştirak etmək istəyən şəxslər detallı məlumat üçün bizim regional məşğulluq filiallarına müraciət edə bilərlər. Burada vakansiyalar və vətəndaşları maraqlandıran suallar barədə ətraflı məlumat veriləcək".


Sizin reklam burada
Sizin reklam burada