Rusiyanın məşhur teleaparıcısı Nikolay Drozdovun boyu xroniki skelet xəstəliyinin inkişafı səbəbindən 10 santimetr balacalaşıb. Bu barədə Mash məlumat yayıb.
Telegram kanalının məlumatına görə, beş il əvvəl zooloq alim kimi də tanınan 87 yaşlı Drozdova osteoporoz diaqnozu qoyulub. Bu, sümük sıxlığının azalması xəstəliyidir. Nəticədə xəstədə oynaq ağrıları, çəki itirmək və s. kimi ciddi problemlər yaşanır.
"Mash" iddia edir ki, Nikolay Drozdovun boyu xəstəlik səbəbindən 180 santimetrdən 170-ə enib.
2024-cü ilin dekabrında media Drozdovun artan yorğunluq hissi səbəbindən yataqdan belə qalxa bilmədiyini yazmışdı. Daha sonra teleaparıcı özünü yaxşı hiss etdiyini və artıq idmana qayıtdığını bildirib.
İki il əvvəl isə Moskva Dövlət Universitetinin yaxınlığında yıxılan əfsanəvi teleaparıcı yeddi qabırğasını sındırmışdı. Bu hadisədən əvvəl isə o fəqərələrini, omba və körpücük sümüyündə çat və sınıqlara səbəb olan zərbə almışdı. Mütəxəssislər Drozdova məhdud fiziki məşqlər etməyi, düzgün qidalanmağı və lazımi terapiyadan keçməyi tövsiyə etdilər.
Tural