Formula 1-in əfsanəvi pilotu Mixael Şumaxerin səhhəti ilə bağlı illər sonra müsbət məlumat yayılıb.
News365.az xəbər verir ki, Şumaxer artıq tam yatağa məhkum vəziyyətdə deyil.
Məlumata görə, o, hazırda dik formada otura bilir, əlil arabasından istifadə edərək ev daxilində hərəkət edir və Formula 1 yarışlarını izləyir. Şumaxer hələ də danışa bilməsə də, gözləri vasitəsilə ünsiyyət qurduğu qeyd olunur.
Xatırladaq ki, Mixael Şumaxer 13 il əvvəl qış tətili zamanı xizək sürərkən ağır qəza keçirmiş, başından ciddi xəsarət alaraq komaya düşmüşdü. O, 6 ay komada qaldıqdan sonra uzun illər boyunca yatağa məhkum vəziyyətdə yaşayıb.
Qəzadan sonra Şumaxerin heç bir görüntüsü ictimaiyyətə təqdim olunmayıb. Bu müddət ərzində ailəsi onun müalicə və reabilitasiya prosesini tam məxfilik şəraitində davam etdirib.