Əbu Dabi görüşlərindən real sülh nəticəsi gözləmək çətindir

Əbu Dabi görüşlərindən real sülh nəticəsi gözləmək çətindir
13:04

Dünya ictimaiyyəti Ukrayna-Rusiya münaqişəsi ilə bağlı keçirilən görüşlərin nəticələrinə diqqət yetirir.

Politoloq Məhəmməd Əsədullazadə News365.az-a açıqlamasında bildirib ki, Əbu Dabi görüşləri sülh danışıqları deyil, münaqişəni idarə etmək üçün təşkil olunmuş masa rolunu oynayır.

Onun sözlərinə görə, gündəlikdə sülh şərtləri yoxdur, əsas müzakirə predmeti müharibənin davamını və ya dondurulmuş vəziyyətdə idarə olunmasını təmin etməkdir.


“Rusiya cəbhədə üstün mövqeyini göstərməklə təzyiq vasitəsi kimi hücumlara davam edir. Bu, faktiki olaraq tərəfləri müəyyən davranışlara məcbur etmək siyasətidir. Əbu Dabi görüşündə isə məqsəd sülh deyil, müharibənin idarə olunmasıdır”, – deyə Əsədullazadə vurğulayıb.

Politoloq əlavə edib ki, real sülh üçün kompromis tələb olunur, lakin tərəflər arasında bu mümkün görünmür:

“Ukrayna üçün sülhün əsas gündəliyi suverenlik və təhlükəsizlik şərtləridir. Rusiya üçün NATO-nun sərhədlərə yaxınlaşmaması, ərazi məsələləri və Krım məsələsi prioritetdir. Qərb isə öz qlobal maraqlarını və statusunu qorumağa çalışır. Bu üç maraq kəsişmədiyi üçün real sülh nəticəsi əldə olunması çətindir”.

Əsədullazadə bildirib ki, əvvəlki görüşlərdə müxtəlif istiqamətlər üzrə müzakirələr aparılsa da, tərəflər arasındakı fundamental ziddiyyətlər hələ də qalmaqdadır.


Sizin reklam burada
Sizin reklam burada