Bu ayın əvvəlində Hindistanda “Tejas” qırıcı təyyarəsi qəzaya uğrayıb və pilot təhlükəsiz şəkildə katapult edib.
News365.az xəbər verir ki, bu barədə “İndia Today”in məlumatında deyilir.
Qəza təlim uçuşundan sonra aviabazanın əməliyyat zonasında eniş zamanı baş verib.
İlkin qiymətləndirməyə görə, hadisəyə səbəb kimi texniki nasazlıq göstərilir.
Qeyd edilir ki, Hindistan Hərbi Hava Qüvvələrinə xidmətə qəbul edildikdən bəri itirilən üçüncü “Tejas” təyyarəsidir.