Lvovda terror aktı törətməkdə şübhəli bilinən qadın SAXLANILDI

Lvovda terror aktı törətməkdə şübhəli bilinən qadın SAXLANILDI
22:02


Ukrayna polisi Lvovdakı terror aktında şübhəli bilinən qadını saxlayıb, hüquq-mühafizə orqanları partlayışın təşkilatçısı kimi Rusiya xüsusi xidmət orqanlarını göstəriblər.

News365.az-ın Ukrayna Milli Polisinin "Telegram" kanalındakı məlumatına istinadən xəbərinə görə, saxlanılan - Rovno vilayətinin 33 yaşlı sakini "Rusiya xüsusi xidmət orqanlarının kuratorunun göstərişi ilə" hərəkət edib.

Polisin məlumatına görə, qadın əldəqayırma bombalar hazırlayıb və onları zibil qutularına yerləşdirib. Güc strukturları hadisədə əli olan digər şəxslərin axtarışını davam etdirir.

Fevralın 22-nə keçən gecə Lvovda müəyyən fasilə ilə iki partlayış baş verib. Nəticədə çağırışa gələn 23 yaşlı polis əməkdaşı həlak olub, daha 25 nəfər yaralanıb.


Sizin reklam burada
Sizin reklam burada