Meksikada “El Menço” ləqəbli kartel lideri öldürüldü

Meksikada “El Menço” ləqəbli kartel lideri öldürüldü
09:41

Ötən gün Meksikada “Xalisko Yeni Nəsil” narkokartelinin başçısı, “El Menço” ləqəbli Nemesio Oseguera Servantes hökumətin xüsusi hərbi əməliyyatları nəticəsində zərərsizləşdirilib.

News365.az xəbər verir ki, bununla bağlı Meksikanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi əməliyyatları nəticəsində yaralanan başçı hava yolu ilə Mexikodakı hərbi hospitala aparılarkən vəfat edib.

Qeyd olunub ki, əməliyyat Meksika ordusunun xüsusi təyinatlıları, hərbi kəşfiyyat, hərbi hava qüvvələri, Milli Qvardiya və Milli Kəşfiyyat Mərkəzinin iştirakı ilə keçirilib. Nəticədə “Xalisko Yeni Nəsil”in daha 6 üzvü də öldürülüb.

Hadisədən sonra Meksikanın bəzi ştatlarında hökumət qüvvələri ilə kartelə bağlı silahlılar arasında toqquşmalar artıb.

Məsələ ilə bağlı Meksikanın ABŞ-dəkı səfirliyi bildirib ki, Meksika kəşfiyyat orqanları müstəqil şəkildə hərbi əməliyyat hazırlayıb, ABŞ hakimiyyəti isə yalnız əlavə kəşfiyyat məlumatları təqdim edib.




Sizin reklam burada
Sizin reklam burada