“Dünya başqa bir dönəmə keçid edib, beyinlər idarə olunur” Nura Suri

“Dünya başqa bir dönəmə keçid edib, beyinlər idarə olunur” Nura Suri
01:07

Müğənni Nura Suri sosial şəbəkədə dünya nizamı və insan beyninin idarə olunması ilə bağlı maraqlı paylaşım edib. O, insanların beyinlərinin tamamilə çözülərək idarə edildiyini bildirib.

Sənətçi bu barədə Şoşana Zuboff və Yuval Noah Harrarinin kitablarında ətraflı izah olunduğunu vurğulayıb:

 “Süni intellekt insanlığın sonunu gətirəcək. O zamana kimi isə dünyada təmizlik işləri görüləcək. George Orwell’in 1984, Aldous Huxley-nin Brave New World kitablarını oxumağı tövsiyə edirəm (anlayanlar üçün).”

Nura Suri insan düşüncələrinin şüuraltı şəkildə formalaşdırıldığını qeyd edərək bu prosesdə televiziya, kino və sosial şəbəkələrin mühüm rol oynadığını bildirib:

 “Anadan olduğumuz gündən bizə necə olmalıyıq, düşünməliyik, hərəkət etməliyik diktə olunur. Özümüzə aid fikirlərimiz, düşüncələrimiz əslində formalaşdırılmış fikirlərdir. Fərqli düşünən beyinlər çoxluq tərəfindən ‘çirkin ördək’ kimi qəbul olunur.”

Sənətçi, insanlığın həm planetə, həm canlılara, həm də özünə zərər verdiyini bildirib və valideyn olmaq istəyənlərə çağırış edib:

 “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb, 1 biçin. Özünüzün bir parçasını belə bir dünyaya bəxş etmək istəyini əvvəlcə dərk edin, sonra icra edin.”

Nura Suri paylaşımını kitab oxumağa və hadisələrə daha dərin baxmağa çağırış edərək tamamlayıb:

“Kitablar oxuyun, düşünməyə vaxt ayırın, bir az dərin düşünüb fərqli tərəfindən baxın hadisələrə. Ruhumuz ölüb, cismimiz qalıb ancaq.”





Youtube kanalımız