DSMF-də yeni sima: Sədrə müşavir təyin olundu

DSMF-də yeni sima: Sədrə müşavir təyin olundu
12 İyn 2025 11:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat olub.

News365.az xəbər verir ki, Rövşən Tofiq oğlu Didavari 2025-ci ilin may ayından etibarən DSMF-nin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub.

Ona qədər bu vəzifədə Yusif Eyvaz oğlu Əkpərov idi.

Qeyd edək ki, R.Didavari 2024-2025-ci illərdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın Müraciətlərə baxılması departamentinin Hərbi rütbəli şəxslərin müraciətlərinin cavablandırılması şöbəsində böyük mütəxəssis kimi fəaliyyət göstərib.


Sizin reklam burada
Sizin reklam burada