Ukraynada keçirilən xüsusi hərbi əməliyyat (SVO) zonasında Rusiya Federasiyası tərəfində hərbi əməliyyatlarda iştirak edən 60-dan çox Abxaziya vətəndaşı həlak olub. Bu barədə qondarma Abxaziya respublikanın Moskvadakı səfiri Alxas Kvitsinia Rusiya mediasına açıqlamasında bildirib.
Diplomat qeyd edib ki, hazırda cəbhədə bir neçə yüz "Abxaziya" vətəndaşı var. Döyüşlərdə iştirak edən abxazların dəqiq sayı onların çoxunun Rusiya pasportuna malik olması səbəbindən məlum deyil.
"Döyüşlər zamanı təəssüf ki, 66 oğlanımız həlak olub, itkin düşənlər də var. Bu rəqəm açıq elan edilib və yalnız bərpa olunmaz itkiləri əks etdirir", - Kvitsinia əlavə edib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural