Dövlət rəsmiləri Şuşada toplandı

Dövlət rəsmiləri Şuşada toplandı
17 Apr 2025 10:35

Şuşada "Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi" mövzusunda I İslam Dünyası Mədəni Forumu keçirilir.

News365.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov, Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət nazirinin müavinləri Fərid Cəfərli, Səadət Yusifova və digər rəsmilər, media mənsubları iştirak edir.

Forumda postmünaqişə dövründə mədəni irsin qorunması və bərpası istiqamətində panel müzakirələr keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada