18 günə 80 mindən çox əfqanı deportasiya etdilər

18 günə 80 mindən çox əfqanı deportasiya etdilər
18 Apr 2025 20:10

Pakistan aprelin 1-dən etibarən Əfqanıstanın "məcburi deportasiya" adlandırdığı təşəbbüs çərçivəsində 80 mindən çox əfqanı repatriasiya edib.

Xarici mətbuatın yaydığı məlumata görə, bu xəbəri Pakistanın Daxili İşlər Nazirliyinin müşaviri Talal Çaudhri təsdiqləyib.

O bildirib ki, 2023-cü ilin sonunda üç milyondan çox əfqan üçün başladılan Qanunsuz Əcnəbilərin Repatriasiyası Planının müddəti artıq uzadılmayacaq.

"Biz bütün əyalətlərə təlimatlar göndərmişik: əgər kimsə qanunsuz miqranta mağaza, ev və s. təqdim edərsə, o, məsuliyyətə cəlb olunacaq", - T.Çaudhri vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada