İran urandan "bərk yapışıb"

İran urandan "bərk yapışıb"
18 Apr 2025 20:20

İran uranın zənginləşdirilməsi səviyyəsini azaltmağa hazırdır, lakin ABŞ Prezidenti Donald Trampın nüvə paktından çıxmayacağına dair zəmanətə ehtiyacı var.

Bu barədə “Reuters” hökumətdəki adı açıqlanmayan məmura istinadən məlumat yayıb.

Naməlum dövlət rəsmisi bildirib ki, İran Birləşmiş Ştatlarla razılaşma çərçivəsində uranın zənginləşdirilməsi sentrifuqalarını sökməyəcək və zənginləşdirməni tam dayandırmayacaq.

Mənbə vurğulayıb ki, İranın raket proqramı nüvə sazişinə daxil deyil və ABŞ ilə danışıqların bir hissəsi olmayacaq.


Sizin reklam burada
Sizin reklam burada