Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin (səfirlər və müşavirlər) Qarabağa səfəri başa çatıb.
News365.az xəbər verir ki, səfərin məqsədi diplomatik korpus nümayəndələrini Xankəndi və Şuşa şəhərləri ilə tanışlıq olub.
Bu çərçivədə onlar Qarabağ Universiteti, Xankəndi şəhərinin mərkəzi, Şuşa şəhərində Qarabağ küçəsi, Aşağı Gövhər Ağa məscidi, Şuşada birinci yaşayış kompleksi və İsa bulağını ziyarət ediblər.