Dəri gödəkçəyə tələbat son həftədə 450 faiz yüksəlib - Səbəb

Dəri gödəkçəyə tələbat son həftədə 450 faiz yüksəlib - Səbəb
11:55

Cen-sen Huang ətrafındakı qalmaqal dəri gödəkçələrə tələbatı gözlənilmədən artırıb. Axtarışların sayı son həftədə 450 faiz yüksəlib.

Nvidia şirkətinin qurucusu Cen-sen Huang noyabr ayında mediada onun guya “çinli casus”la romantik münasibətlərinin olması barədə məlumatların dərcindən sonra vəzifəsindən azad edilib. Qara dəri gödəkçə uzun illərdir Huangın fərqləndirici geyimi, həmçinin texnologiya ictimaiyyətində memlərin və zarafatların mövzusu olub.

Son xəbərlər fonunda istifadəçilər onun ictimai imicinin simvoluna çevrilmiş bu geyimlə bağlı məlumatları və məhsulları kütləvi şəkildə axtarmağa başlayıblar.

Mütəxəssislər hesab edirlər ki, Nvidia şirkətini hazırda başqa rəhbərin idarə etməsini təsəvvür etmək çətindir.

Bununla yanaşı, gələn həftə şirkətin gəlirlərində kəskin artımın elan ediləcəyi gözlənilsə də, Nvidia-nın səhmlərinin qiyməti ucuzlaşmaqda davam edir.


Sizin reklam burada
Sizin reklam burada