Cabir Məmmədov VƏFAT EDİB

Cabir Məmmədov VƏFAT EDİB
31 Avq 2025 22:00

Əməkdar həkim Cabir Məmmədov vəfat edib.

Tanınmış ürək həkimi 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, C.Məmmədov 1950-ci ildə anadan olub. O, 1984-cü ildə əmək fəaliyyətinə başlayıb.

1988-ci ildə Moskvada keçirilən Həkimlərin Ümumittifaq Qurultayında Azərbaycanı təmsil edib, Ali ixtisas dərəcəsi alıb, "SSRİ səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib.

2013-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. C.Məmmədov 2018-cü ildə Prezidentin sərəncamına əsasən "Əməkdar həkim" fəxri adına layiq görülüb.


Sizin reklam burada
Sizin reklam burada