Prezident İlham Əliyevin rəhbərliyi həyata keçirilən sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi və rifahının daha da gücləndirilməsi prinsipi durur.
News365.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 1 milyon 99 min pensiyaçı qeydiyyatdan keçmişdir və bu ölkə əhalisinin 10.7 faizi deməkdir. "Pensiyaçıların 65 faizi yaşa görə pensiya alır.
Pensiya məbləğlərində artım tendensiyası davam etməkdədir. 2025-ci ildə pensiya məbləğləri 9.1 faiz artaraq 541.6 manata çatıb. Yaşa görə pensiya məbləğində 8.9, əlilliyə görə pensiya məbləğində 8.7, ailə başçısını itirməyə görə pensiya məbləğində isə 9.4 faiz artım qeydə alınıb. Aylıq sosial müavinət alanları sayı 4.1 faiz artıb. Hazırda 472 min vətəndaşımız aylıq müavinət alırlar",- o vurğulayıb.
Deputat əlavə edib ki, çoxuşaqlı ailələrin dəstəklənməsi prioritet olaraq qalmaqdadır: "Çox uşaqlı ailələrdə aylıq müavinət alan uşaqların sayında 7.3 faiz artım qeydə alınıb. 1 yaşınadək uşağı olan və aylıq müavinət alan ailələrin sayında isə 17.6 faiz artım olub.
Möhtərəm Prezidentin təşəbbüsü və xanım sədrin sədrliyi ilə qanunvericiyə edilən son- təşviqedici dəyişikliklərdən sonra əlilliyi olan övladlığa götürülən uşaqların sayı isə 40 faiz artıb. İnkluzivliyi dəstəkləyən bu humanitar fəaliyyət əlilliyi olan daha çox uşaqların övladlığa götürülməsi imkan yaratmışdır. 2026-cı il yanvarın 1-i vəziyyətinə 76,1 min aztəminatlı ailənin 336,0 min üzvü ünvanlı dövlət sosial yardımı almışdır ki, bu vəsaitlər ödənilən zaman ailədəki uşaqların sayı da nəzərə alınır.
Göründüyü kimi, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı ölkədə sosial tərəqqi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasını təmin edib və bu uğurlar qarşıdakı dövrdə də davam edəcək".