İstanbulun Gayrətəpə bölgəsində yerləşən oteldə keçirilən və iş dünyasından bir çox tanınmış şəxsin iştirak etdiyi 9-cu Beynəlxalq Keyfiyyət Mükafatları mərasimində gözlənilməz hadisə baş verib. Gecənin aparıcısı, model Özge Ulusoy Bowax Türkiyənin qurucusu Lokman İn səhnəyə “Etibarlı Sahibkar” mükafatını almaq üçün çıxarkən, gözlənilmədən səhnədən uzaqlaşdırılıb.
News365.az xəbər verir ki, Lokman İn isə çıxışı zamanı aparıcı Özge Ulusoyu onu dələduzluqda ittiham edib. O bildirib ki, daha əvvəl bir layihə üçün Ulusoyla razılığa gəliblər, lakin model müqavilə öhdəliklərini yerinə yetirməyib:
“Açılışa gəldi, pul aldı, lakin paylaşım etmədi. Zəng edirəm, cavab vermir. Səhnədə danışığımız eşidilməsin deyə musiqini açdırırlar. Məşhur olması ona insanları aldatmaq haqqı vermir. Məni görəndə uzaqlaşır. Aldığı pulun qarşılığını verməlidir. 19 illik iş həyatımda hər cür insanla qarşılaşmışam. Mən səhnəyə gələnə qədər burada bir xanım aparıcı var idi. Təsadüfən onun Ulusoy olduğunu öyrəndim. Məşhur olmaq dələduzluğa haqq qazandırmır. Qaçmaqla məsələ bağlanmır”.
Hadisədən sonra Özge Ulusoy sosial şəbəkə hesabında məsələ ilə bağlı açıqlama yayıb.
News365.az