Rusiyada ağır faciələrə səbəb ola biləcək terror aktının qarşısı alınıb. Artıq Krasnodar diyarının məhkəməsi bölgədə terror aktı hazırlamaqda şübhəli bilinən rusiyalını istintaq təcridxanasına göndərib. Bu barədə RİA Novosti FSB-nin məlumatına istinadən məlumat yayıb.
"Vətəndaş məhkəmə tərəfindən iki aylıq həbs cəzası alıb", - məlumatda deyilir.
Kəşfiyyat orqanlarının məlumatına görə, 2003-cü il təvəllüdlü şəxs Ukrayna Təhlükəsizlik Xidməti ilə əlbir olub və ona insanların sıx olduğu yerdə terror aktı törətməyi tapşırılıb. Güman edilir ki, cinayətkar fevral ayından Kiyevə işləyib, Ukrayna təhlükəsizlik qüvvələrini məxfi məlumatlarla təmin edibmiş. O, Qara dəniz donanmasının bazalarının və Rusiya hərbi gəmilərinin yerini lentə alıb.
Tural