Səidə Sultan efirdə ağladı: "Övlad dünyaya gətirmək istəmirəm"

Səidə Sultan efirdə ağladı: "Övlad dünyaya gətirmək istəmirəm"
12:44

Müğənni Səidə Sultan emosional açıqlama verərək övlad dünyaya gətirməklə bağlı fikirlərini bölüşüb.

News365.az xəbər verir ki, sənətçi ana olma məsuliyyəti onu qorxudur və bu mövzuda ciddi tərəddüdləri olduğunu bildirib:

“Mən istəmirəm övlad, çox qorxuram, məsuliyyətdir. Övlad dünyaya gətirməmişdən əvvəl yaxşı düşünmək lazımdır”.

Səidə Sultan qeyd edib ki, bu qərar onun həyat tərzi və seçimləri ilə bağlıdır:

“Düşünmək lazımdır ki, mən övladıma görə nəyisə dəyişə biləcəyəmmi, nədənsə keçə biləcəyəmmi? Artıq bu barədə gecdir”.

Müğənni əlavə edib ki, həyat yoldaşı övlad istəyinə hörmətlə yanaşır:

“Həyat yoldaşım övlad istəyir, amma mənim fikrimə hörmət edir”.


Sizin reklam burada
Sizin reklam burada