News365.az xəbər verir ki, Rusiyanın Samara vilayətinin Sızran şəhəri Ukrayna ordusu tərəfindən dronların hücumuna məruz qalıb, şəhərdə bir yaşayış binasının girişi çöküb.
Dağıntılar altından bir uşaq da daxil olmaqla dörd nəfərin xilas edildiyi, bina sakinlərinin təxliyə edildiyi bildirilir.
Məlumata görə, şəhər boyunca siren və partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemləri aktiv fəaliyyət göstərib.
Hücum səbəbilə Kurumoç hava limanında məhdudiyyətlər tətbiq edilib və uçuşlar müvəqqəti olaraq dayandırılıb.