“Hazırkı vəziyyət ondan ibarətdir ki, nə Ermənistan, nə də Azərbaycan uzun müddət ərzində bu yolun açılması istiqamətində ciddi nəticə əldə edə bilib. Xüsusilə də Rusiya və İran bu dəhlizin açılmasını və ya bu barədə hər hansı sazişin imzalanmasını mümkünsüz ediblər. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti və Ermənistan baş naziri Nikol Paşinyanla razılığa gəlməsi nəticəsində ABŞ-ın atdığı addımlar müəyyən mənada həm Rusiyanı, həm də İranı neytrallaşdırdı. Amma bu neytrallaşdırma yalnız qismən baş verdi”.
Bu fikirləri politoloq Əlimusa İbrahimov News365.az-a açıqlamasında bildirib.
Politoloq qeyd edib ki, həm İran, həm də Rusiya dəhlizin açılmasını öz maraqlarına təhlükə hesab edir:
“Xüsusən də İran rəhbərliyinin müşavirlərindən biri vaxtilə müsahibəsində demişdi ki, bu dəhlizin açılması İranın ‘onurluq sütununu sındırmaq’ deməkdir. Bu, İran iqtisadiyyatına ciddi zərbə kimi qiymətləndirilir. ABŞ-da imzalanan müqavilə və dəhlizin açılması istiqamətində atılan addımlar isə o demək deyil ki, Rusiya və İran öz məqsədlərindən tamamilə geri çəkiləcəklər”.