Daur İsmayılov Marneuli meri seçilib

Daur İsmayılov Marneuli meri seçilib
04 Okt 2025 22:00

“Gürcü Arzusu” partiyasının Marneuli meri vəzifəsinə namizədi Daur İsmayılov yerli seçkilərdə 94% səs əldə edib. 

News365.az xəbəri verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrdən məlum olur.

Marneulidə 81 seçki məntəqəsinin 41-nin nəticələrinə əsasən, soydaşımızın rəqibləri müxalif “Lelo – Güclü Gürcüstan” partiyasının namizədi Əsəd Əliyev 4,7%, “Bizim Vahid Gürcüstan” partiyasının namizədi Əli Bədirov isə 1,4% səs qazanıb.


Sizin reklam burada
Sizin reklam burada