“Xidmətlər yalnız təcrübəli və sertifikatlı mütəxəssislər tərəfindən təqdim olunur. Rəqabət və şəffaflıq sayəsində vətəndaşlarımız yalnız doğru və keyfiyyətli xidmət alacaq”.
News365.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni Robotik Reabilitasiya Mərkəzi və Hematologiya–Sümük İliyi Transplantasiyası Mərkəzinin fəaliyyətə başlanmasına həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, ən ciddi problemlərdən biri xəstələrin həkimlərlə görüşlərinin gecikməsi idi. Artıq ölkəmizdə bu şərait yaradılıb və vətəndaşlarımız vaxtında və rahat xidmət ala biləcəklər.
V.Qurbanov bildirib ki, donor məsələsi də diqqətdədir. Dediyinə görə, orqan transplantasiyası ilə bağlı qanunlar mövcuddur:
“Donorla bağlı təkliflərimiz artıq Milli Məclisin deputatları ilə müzakirə olunur”.