Almaniya Silahlı Qüvvələri bundan sonra şübhəli pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizədə polisə kömək edə biləcək. Belə ki, orduya casusluğun, diversiyaların qarşısını almaq məqsədilə, yaxud insanların həyatına təhlükə yarandıqda, PUA-ları vurmaq icazəsi verilib.
News365.az TASS-a istinadla xəbər verir ki, bu barədə hökumət iclasında müzakirə olunan qanun layihəsində deyilir.
Qanun layihəsində qeyd edilir ki, hərbçilər PUA-lara qarşı silahdan istifadə edə biləcək, lakin buna icazə yalnız dronların insanların həyatına və ya kritik infrastruktura təhlükə yaradacağı halda verilir.
Bundan əlavə, Daxili İşlər Nazirliyi aeroportların ərazilərində hava nəqliyyatının işinin pozulmasına səbəb olan aksiyalar üçün cəzanın sərtləşdirilməsini təklif edib.