Danimarka 500 milyon avroluq müdafiə sistemi alır.
News365.az xəbər verir ki,Norveçin “Kongsberg Defence & Aerospace” şirkəti Danimarka ilə NASAMS hava hücumundan müdafiə sisteminin tədarükünə dair 500 milyon avro dəyərində müqavilə imzalandığını bildirib.
Şirkətin məlumatına görə, razılaşma çərçivəsində Danimarkanın hava müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə gücləndiriləcək.