Daha bir gənc müəllim qəfil vəfat etdi

Daha bir gənc müəllim qəfil vəfat etdi
02 İyn 2025 14:46

Bakı şəhəri 183 saylı orta məktəbin məllimi 34 yaşlı Yaşar Aliyarlı qəfil vəfat edib.

News365.az xəbər verir ki, məktəbin fiziki tərbiyə müəllimi ötən gün dünyasını dəyişib.

Onun konkret hansı səbəbdən öldüyü açıqlanmayıb.

Qeyd edək ki, Y.Aliyarlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub. O, 2015-ci ildən müəllim kimi çalışırmış.

Xatırladaq ki, ötən gün Beyləqan şəhəri Niyazi adına Uşaq Musiqi Məktəbinin 32 yaşlı fortepiano müəllimi Fərqanə Sadıqova da vəfat edib.


Sizin reklam burada
Sizin reklam burada