Cümşüd Nuriyev Prezident və Vitse-Prezidentə müraciət etdi

Cümşüd Nuriyev Prezident və Vitse-Prezidentə müraciət etdi
19:00

Sosial şəbəkələrdəki vəziyyətdən danışan Cümşüd Nuriyev xüsusən də Tİk-Tok platformasında vəziyyətin acınacaqlı olduğunu dilə gətirib. Gənclərin əxlaqsız adamlardan nümünə götürdüyünü, onlar kimi davranmaq lazım olduğunu düşündüyü deyən eks-deputat bu vəziyyəti faciə adlandıraraq Prezident və Vitse Prezidentə müraciət edib:

“Gənclərimiz əxlaqsız adamlardan nümünə götürür. Bunun sonu faciə olacaq. Bu gedişlə biz hara gedirik? Deyəndə də baxmayın deyirlər siz bəyənmirsiz, amma onalrın hər şeyləri var. Dəhşətli vəziyyətdir. Bu ölkə Baboşların,Toliklərin, Zaurların, Xoşqədəmlərin əlində qalmamalıdır. Bura belə adamların məkanı deyil axı. Ölkəmiz ziyalı, əxlaqlı insanların məkanıdır. Kifayət qədər şəxs var ki Azərbaycanı yüksək səviyyədə təmsil edir. Gənclərimizə də onlar nümünə göstərilməlidir. Mənim müraciətim cənab Prezidentədir hörmətli Mehriban xanımadır, Milli Məclisədir. Sizdən Xahiş edirəm Tik-Tok Azərbaycanda bağlansın, LGBT qadağan edilsin. Azərbaycanda  5-ci kalon qəsdən bu işləri təbliğ edir, həyata keçirir ki, milli kimliyimizi zədələsin. Bu halların qarşısı alınmalıdır”.



Sizin reklam burada
Sizin reklam burada