COP29 dünyaya nəyi çatdırmaq istəyir? – Çağırışların Qaradağ rayonunundakı təcəlləsi

COP29 dünyaya nəyi çatdırmaq istəyir? – Çağırışların Qaradağ rayonunundakı təcəlləsi
28 Avq 2024 12:21

COP29 sıradan bir tədbir deyil. Bu həyatımızın bütün sahələrini hərəkətə gətirən, boşluqları göstərən bir layihədir. Eyni zamanda bu tədbir qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə həyata keçirilən layihələrin uğur indiqatorutur. Bu mənada ölkəmizdə COP29-a hazırlıqla bağlı həyata keçirilən layihələrə viziual nəzər yetirərkən kreativ ideyalaran, yeni yanaşmaların şahidi oluruq.

İlk müşahidə obyektimizsə Bakının Qaradağ rayonudur.

Niyə məhz Qaradağ rayonu?

Səbəb çox sadədir. Çünki, rayonda həyata keçirilən layihələr daha çox qlobal xarakterlidir. Bu rayonda reallaşdırılan layihələr daha çox ümumbəşəridir. Çox təəssüf ki, digər rayonlarda burdakı qədər geniş və kreativ düşüncənin məhsuluna rast gəlinmir.

Maraqlı odur ki, rayonda həyata keçirilən layihələr həm də yaşayış məntəqələrinin quruculuq-abadlıq işlərinə bir töhfə verir. Yəni işlər kampaniya xatirinə yox, iqtisaid, sosial və ekoloji  səmərə üçün həyata keçirilir.

Məsələn, rayonun Bakı-Ələt magistral yolu üzərindəki ərazilərdə görülən işlər sözün həqiqi mənasında bir innovasiyadır. Bu konteksdə bizim diqqətimizi çəkən layihələrdən biri yol kənarında quraşdırılan füsunkar və çağırışçı memarlıq formalarıdır. Əslində görülən işlər magistral yolların kənarı üçün estetik tərtibat trendidir.

Məsələn, yol kənarında yaradılmış bir kompazisiyaya fikir veririk. Uzanan əl ovucunda bir ağac tutub. Bu mənzərə boş sahədə yaradılmış bir kompazisya, memarlıq nümunəsidir. Yolu keçənlər təbii ki, bu kompazisiyaya laqeyid qala bilməz. Təsadüfi deyil ki, bu mənzərəni görüb maşın saxlayan bu unikal mənzərəni telefonun yadaşına köçürənlər də az olmur. Amma bu kompazisiyada dünyaya bir çağırış, bir haray var. Çağırışsa onu deyir ki, bizi hər şeydən öncə yaşıllığı qorumalıyıq. Bu yaşıllıq olmasa biz də, bizim sevdiklərimiz də var ola bilməz.

Məlumdur ki, COB29 Beynəlxalq layihədir. Amma Qaradağ rayonunda bu layihəyə milli atrıbutlarımız, mənəvi dəyərlərimizə elə gözəl sintez edilib ki,  onu ifadı etməyə sz belə tapılmır. Məsələn, COP29-un loqosunda tərinnüm olunan nerj materialından ucaldılmış Buta kompazisiya bunun bir nümunəsidir.

Bundan başqa yol boyunca yeni yaradılan yaşıllıq guşələrindəki “COP29”, “l Love Garadagh” və digər kompazisiyalar da çox uğurlu həllərdir.

Bu ərazidi rastlaşdığımız, hal-hazırda quraşdırılan, cəlbedici kiçik memarlıq formaları sılsıləsindin fiqur və kompozisiyalar sanki təbiətlə bir harmoniya yaradır.

Bu ərazidə daha bir cəlbedicilik,magistral kənarında yeni salınan bütün yaşıllıq zolaqlarının işıqlanma effektidir ki, bu da başqa bir gözəllik kəsb edir.

 Bir sözlə Qaradağ ərazisində görülən işlər təkcə COP29-un mahiyyətini tamaşaçılara aşılamır, həm də yeni gözəlliklər və özəlliklər fenomenini ortaya qoyur.

Ən başlıcası da ümumbəşəri problemə milli dəyərlər rakursundan baxış çox uğurlu həll tapıb.

News365.az