“Rusiyanın
miqrantlara qarşı qaydaları sərtləşdirməsi ən böyük zərbəni elə Rusiyanın özünə
vuracaq. Əvvəla ona görə ki, onsuz da artıq Rusiyada ciddi demoqrafik problemlər
mövcuddur. Əhalinin azalması və yaşlanması qarşısı alınmaz hala gəlib”.
Bunu News365.az–a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, yeni qaydalar miqrant axınının
azaldaraq bu problemləri daha da dərinləşdirəcək:
“Digər tərəfdən
Rusiyada ciddi İşçi qüvvəsinin çatışmazlığı mövcuddur. Bu qərar tikinti, kənd təsərrüfatı,
xidmət və sənayedə daha da cətin vəziyyət yaradacaq. Çünki, bu sektorlarda işçi
qüvvəsi çatışmazlığı artacaq. Bu isə ümumi iqtisadi artım tempini belə ləngidə
bilər.
Üçüncü bir tərəfdən,
İlleqal fəaliyyət zərurətə çevrildiyi üçün qeyri-rəsmi fəaliyyət artacaq və bu
da vergidən yayınma hallarını artıraraq dövlət büdcəsinə mənfi təsir göstərəcək.
Düzdür, bu böyük rəqəm olmasa da, heç bir dövlətin xoşlamadığı qarabazar
sisteminin çiçıklənməsi üçün münbit mühit yaradacaq.
Digər bir mənfi
təsir kimi miqrantlara qarşı sərt qaydaların Rusiyanın imicini daha da zədələcəyini
göstərə bilərik. Həmçinin miqrant ölkələrlə, ələxsus da miqrantların əsas mənbəyi
olan Orta Asiya ölkələri ilə əməkdaşlığa mənfi təsir göstərəcək.
Buna görə də
Rusiya miqrantlarla bağlı qaydaları sərtləşdirmək əvəzinə onların iqtisadi
inteqrasiyasını asanlaşdıran mexanizmlər yaratmaqla demoqrafik göstəricilərini,
işçi qüvvəsi çatışmazlığını, şəffaflığı, miqrant ölkələrlə münasinətlərini və ən
nəhayət siyasi imicini yaxşılaşdıra bilərdi. Amma əksini etdi”.
News365.az