Ağdaşda meyit tapılıb.
Mətbuatın yaydığı məlumata görə, hadisə Kükəl kəndində qeydə alınıb. Kənd sakini olan 45 yaşlı Elnur Mənsur oğlu Abdullayevin meyiti küçədə aşkarlanıb. Məlumata görə, mərhum örüşdə heyvan otarırmış.
Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı araşdırma aparılır.