Xəbər verdiyimiz kimi İranın cənubunda yerləşən Bəndər Abbas şəhərindəki dəniz limanı ərazisində güclü partlayış baş verib. Limanında baş verən partlayış nəticəsində ən azı 47 nəfərin xəsarət alması barədə məlumat yayılıb.
TASS yazıb ki, bu barədə Hörmüzqan əyalətinin təcili xidmətlərinin nümayəndəsi bildirib.
"İlkin məlumatlara görə, baş verən partlayış nəticəsində 47 nəfər xəsarət alıb", - o qeyd edib.