Bakıda oğurluq edən şəxslər saxlanıldı

Bakıda oğurluq edən şəxslər saxlanıldı
26 Apr 2025 18:59

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.


News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.


Daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 30 yaşlı C.Təhməzov saxlanılıb. Ondan psixotrop maddə metamfetamin aşkarlanıb.


Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxs Xəzər rayonu ərazisində yerləşən 3 evdən və bir nəfərə məxsus torpaq sahəsindən oğurluqlar edib, nəticədə zərərçəkənlərə ümumilikdə 7150 manat maddi zərər vurub.


Bundan başqa, Nizami rayonu ərazisində bir nəfərə məxsus “Hunday” markalı avtomobildən 3000 manat oğurlayan əvvəllər məhkum olunmuş 25 yaşlı Ə.Zeynalov da saxlanılıb.


Araşdırmalar aparılır.


Sizin reklam burada
Sizin reklam burada