İsveçdən İrana alimin ölüm cəzası ilə bağlı çağırış

İsveçdən İrana alimin ölüm cəzası ilə bağlı çağırış
14:10

İsveç hökuməti rəsmi bəyanat yayaraq, 2016-cı ildən Tehranın Evin zindanında məhbus olan və edama məhkum edilən güneyli İsveç vətəndaşı Əhmədrza Cəlalinin dərhal azad edilməsi ilə bağlı çağırış edib.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard bəyan edib.

O, vurğulayıb ki, alim Əhmədrza Cəlalinin ailəsinə qovuşması üçün onun azad edilməsi dərhal və humanitar əsaslarla təmin edilməlidir.

"Əhmədrza Cəlali və onun yaxınları bilməlidirlər ki, onun azad edilməsi üçün göstərdiyimiz səylər davam etdirilir", - deyə XİN rəhbəri vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada