Vətən müharibəsi şəhidi Rüfət Şabanovun valideyni vəfat edib.
Mətbuatda yayılan məlumata görə, şəhidin anası Kifayət xanım dünyasını dəyişib.
Mərhum yaşadığı Abşeron rayonu Ceyranbatan qəsəbəsində dəfn edilib.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü Rüfət Rauf oğlu Şabanov 2020-ci il sentyabrın 27-də Kəlbəcər – Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Ceyranbatan qəsəbəsində torpağa tapşırılıb.
Ölümündən sonra “Hərbi xidmətə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.