Çində yaranan yeni virus əczaçılıq səhmlərini artırdı

Çində yaranan yeni virus əczaçılıq səhmlərini artırdı
06 Yan 2025 17:09

Rusiyanın əczaçılıq və biotexnoloji şirkətlərinin səhmləri Çində yeni virusun yayılması ilə bağlı xəbərlər fonunda əhəmiyyətli artım nümayiş etdirib.  Bu barədə RBC məlumat yayıb.

Alfa Investments-in analitikləri bununla bağlı deyiblər: "Sektora artan marağın səbəbi, yəqin ki, dünyanın müxtəlif yerlərində yeni görünməyə başlayan virusun yayılması istiqamətində gələn xəbərlərlə bağlıdır".

COVID-19 pandemiyasının başlamasından beş il sonra Çində bu dəfə insan metapnevmovirusunun (HMPV) səbəb olduğu xəstəliyin yeni epidemiyası müşahidə edilir.  Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) və Çin səlahiyyətliləri hələ rəsmi olaraq fövqəladə vəziyyət elan etməyiblər. 

“İndependent” qəzeti yazır ki, Pekin problemin miqyasını azaldır.  

Tural


Youtube kanalımız