Çində qeyri-adi xidmət populyarlıq qazanır. Subay qızlar qucaqlaşmaq üçün kişilərə pul ödəməyə başlayıblar. Bu barədə South China Morning Post (SCMP) məlumat yayıb.
Bu yola əl atan qadınların sözlərinə görə, bir neçə dəqiqəlik qucaqlaşma, yad adam olsa belə, insanı stresdən qurtulmağa və dəstək hiss etməyə kömək edir. Xidmətin qiyməti beş dəqiqə üçün 7 dollardır.
Yerli sakinlərdən biri internetdə paylaşım edərək yazıb ki, dissertasiya yazmaqdan stress keçirir və stresi atmaq üçün kişilərlə qucaqlaşmağa və buna görə pul ödəməyə hazırdır. O artıq bu yola əl atıb.
"Məni qucaqlayanda özümü təhlükəsiz hiss edirəm",- qız deyib.
Tural