Çin Ukrayna məsələsində vasitəçilik rolunu gücləndirir.
News365.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, Pekin Ukrayna və Rusiya da daxil olmaqla bütün tərəflərlə fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, Çin atəşkəsin əldə olunması və sülh danışıqlarının irəliləməsi üçün davamlı səylər göstərir və bu prosesdə beynəlxalq ictimaiyyət üçün konstruktiv rol oynamağa hazırdır.