Çin bu ölkə ilə 15 günlük vizasız rejimə KEÇİR

Çin bu ölkə ilə 15 günlük vizasız rejimə KEÇİR
25 İyn 2024 00:55

Çin hökuməti Polşa ilə bir neçə sahədə qarşılıqlı əlaqənin intensivləşdirilməsi zərurətini nəzərə alaraq bu ölkənin vətəndaşları üçün 15 günlük vizasız rejim tətbiq edəcək.

Bu barədə Çin prezidenti Si Cinpin məlumat verib.

Çin lideri iki ölkə arasında mədəni-humanitar və gənclər mübadiləsinin artırılmasının, elm adamları ilə medianın qarşılıqlı fəaliyyətinin intensivləşdirilməsinin vacibliyini qeyd edib və bildirib ki, ölkəsi Polşa tərəfi ilə, eləcə də Mərkəzi və Şərqi Avropanın digər ölkələri ilə əməkdaşlığı gücləndirməyə hazırdır.

 


Youtube kanalımız

Oxşar xəbərlər