“Çin artıq ABŞ-ın qlobal hegemoniyasına meydan oxuyur” - Telman Nüsrətoğlu

“Çin artıq ABŞ-ın qlobal hegemoniyasına meydan oxuyur” - Telman Nüsrətoğlu
12:06

Dünyada geosiyasi mübarizələrin kəskinləşdiyi, yeni dünya nizamının formalaşdığı bir dövrdə Prezident İlham Əliyevin Çinə səfəri və Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirakı beynəlxalq diqqət mərkəzindədir.

Bu fikirləri politoloq Telman Nüsrətoğlu News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, müasir qlobal proseslərdə dövlətlərlə yanaşı, böyük korporasiyalar və sərmayə sahibləri də mühüm rol oynayır:

“Bəzi şirkətlərin büdcəsi onlarla dövlətin büdcəsinə bərabərdir. Üstəlik, bu əsr süni intellekt və yüksək texnologiyalar əsridir. Ona görə də böyük şirkətlərin qlobal siyasətdə təsir imkanları danılmazdır”.

Politoloq qeyd edib ki, Çinin yüksəlişi artıq qaçılmazdır və bu, bütün sahələrdə özünü göstərir:
“Gəmi inşası, müdafiə sənayesi, maşınqayırma və yüksək texnologiyalar sahəsində Çin Amerikanın qlobal hegemoniyasına açıq şəkildə meydan oxuyur. Yaxın keçmişdə Nobel mükafatçısı, türk alimi Əziz Hançar da Azərbaycanın qonağı olarkən Çində dərc edilən nüfuzlu elmi jurnalı göstərmişdi. Həmin nəşrdəki doqquz məqalədən yeddisinin Çin alimlərinə məxsus olması Pekinin elmi potensialının sürətlə artdığını sübut edir”.


Sizin reklam burada
Sizin reklam burada