13 oktyabr 2026-cı il tarixində saat 22:00 radələrindən etibarən Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınmışdır.
News365.az xəbər verir ki, hücum xarici haker qruplaşması tərəfindən həyata keçirilmiş, Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturlarına 100-dən artıq dövlət domeni hədəfə alınmışdır.
Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranmışdır. Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılmış və saytların fəaliyyətinin davamlılığı təmin edilmişdir.
Hal-hazırda Xidmət tərəfindən kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.
***
Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi internet saytlarına girişdə problem yaranıb.
News365.az Oxu.Az-a istinadən xəbər verir ki, hazırda Nazirlər Kabinetinin (nk.gov.az), Fövqəladə Hallar Nazirliyinin (fhn.gov.az), Daxili İşlər Nazirliyi (din.gov.az), Dövlət İmtahan Mərkəzi (dim.gov.az), Səhiyyə Nazirliyinin (sehiyyə.gov.az) və digər dövlət qurumlarının internet resurslarına giriş mümkün deyil.
Problemin səbəbi və nə vaxt aradan qaldırılacağı barədə hələlik məlumat yoxdur.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.