“Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti” İctimai Birliyinin sədri, Birinci Qarabağ müharibəsinin veteranı Növrəstə Yusifova vəfat edib.
Bu barədə News365.az-a onun yaxınları məlumat verib.
Veteran döyüşçü 74 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Növrəstə Yusifova 1952-ci ildə Bakı şəhərində anadan olub. Bakı Maliyyə Kredit Texnikumunu bitirib. Mühasib və qülləli kran maşinisti kimi çalışıb. Azərbaycanın 7-ci dərəcəli ilk qadın maşinisti olub. Atıcılıq idman növü üzrə 1974-cü ildə Azərbaycan çenpionatında ikinci, 1975-ci ildə isə birinci yerin qalibi olub. 1991-ci ilin dekabr ayından könüllü olaraq cəhbəyə yollanmaq üçün müraciət etsə də, imtina cavabı alıb. 17 mart 1992-ci ildə ilk xanım snayperçi olaraq qeydiyyata götürülüb. 1992-1994-cü illərdə Birinci Qarabağ müharibəsində snayper olub. Döyüşçü yoldaşları ona “Xalaqızı” ləqəbi veriblərmiş. 1997-ci ildən Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinə sədrlik edir.